BAKI, 11 iyun. TELEQRAF

İsrail İranla yeni müharibəyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, İsrail Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir, ABŞ ilə İran arasında hərbi gərginliyin artması ilə yenidən mümkün qarşıdurmaya hazırlaşır.

İsrail rəsmiləri hesab edirlər ki, Tehranın ABŞ-nin mümkün hücumlarına cavab olaraq İsraili birbaşa hədəfə alması ehtimalı azdır, amma onlar Donald Tramp administrasiyasının diplomatik səylərinin effektivliyinə də şübhə ilə yanaşırlar.