BAKI, 8 iyun. TELEQRAF
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi Avropa Birliyinin İran vətəndaşlarına və qurumlarına qarşı sanksiyalar tətbiq etmək qərarını sərt şəkildə qınayıb.
Teleqraf xəbər verir ki, Qəribabadi Brüsselin hərəkətlərini "aldadıcı manevr" adlandırıb. O xatırladıb ki, Aİ üzv dövlətlərinin özləri İran xalqının hüquqlarını pozur: "Aİ beynəlxalq hüquqa görə, müharibə aktı ilə eyniləşdirilən ABŞ-nin İrana qarşı dəniz blokadası qarşısında qəsdən susur. Tehranın Hörmüz boğazında tətbiq etdiyi hüquqi rejim beynəlxalq hüquqa əsaslanır. Bu, dəniz təhlükəsizliyi mülahizələrinə ciddi şəkildə riayət etməyə əsaslanan dinc keçid rejimidir.
Qəribabadi vurğulayıb ki, Tehran Avropanın "siyasiləşdirilmiş və ikiüzlü addımına" heç bir əhəmiyyət vermir və Hörmüz boğazı üzərində suverenliyini qorumaq strategiyasını həyata keçirməyə davam edəcək.
Bundan əvvəl Avropa İttifaqı rəhbərliyi iki İran vətəndaşına, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrindən birinə qarşı sanksiyalar elan edib.
"İranın hərəkətləri tamamilə qəbuledilməzdir. Buna cavab olaraq, Aİ üzv dövlətləri Hörmüz boğazından tranziti pozmaqda əli olan İran qurumlarına və fərdlərinə qarşı sanksiyalar tətbiq ediblər", - deyə Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kalas bildirib: "Bu, Aİ-nin naviqasiya azadlığını qorumaq üçün yeni hüquqi rejimini tətbiq etdiyi ilk haldır. Lazım gələrsə, biz onu yenidən aktivləşdirəcəyik".