BAKI, 3 iyun. TELEQRAF
FTB agentləri Kaliforniyanın Beykersfild şəhərindəki bankda bir neçə nəfəri girov saxlayan şəxsi öldürüblər.
Teleqraf xəbər verir ki, bu barədə Beykersfild polisi məlumat yayıb.
"Çərşənbə günü bankda girov götürülən şəxslər azad edilib. Şübhəli şəxs hadisə yerində öldürülüb" - məlumatda qeyd olunur.
Polisin məlumatına görə, girovlardan heç biri xəsarət almayıb.
Çərşənbə axşamı naməlum şəxs yerli vaxtla saat 13:00 radələrində (Moskva vaxtı ilə saat 23:00) Chase bank filialının içərisinə girib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, üzərində partlayıcı qurğu gəzdirmiş ola bilər.