BAKI, 3 iyun. TELEQRAF

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti videomüşahidə infrastrukturunu modernləşdirir.

Teleqraf xəbər verir ki, bu məqsədlə qurum 1.915.848 milyon manat xərcləyəcək.

Layihənin icraçısı "iTech Group"dur. Nizamnamə kapitalı 20 min manat olan şirkətin hüquqi təmsilçisi İlham Əzizovdur. Onun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüstəm Əzizovun qardaşı olduğu bildirilir.