BAKI, 3 iyun. TELEQRAF

İranın gizli şəkildə nüvə silahı hazırlamaq riski ABŞ və İsrailin hücumları başlamazdan əvvəlki dövrlə müqayisədə daha böyükdür.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” rəsmilərə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) istinadla məlumat yayıb.

AEBA-nın yeni hesabatında bildirilir ki, İranın böyük həcmdə uran ehtiyatları artıq əvvəlki kimi həftəlik yoxlamalara məruz qalmır və beynəlxalq agentlik hazırda bu nüvə materialı ilə bağlı qəti nəticələr çıxara bilmir.

İki yüksək vəzifəli diplomatın sözlərinə görə, bu materiallar agentliyin tam nəzarətindən kənarda nə qədər çox qalsa, Tehranın qeyri-sülh məqsədlərinə yönəlmə riski bir o qədər artacaq.

AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin son danışıqlar mərhələlərində iştirak etmədiyini söyləyərək, təsdiqlənməyən hansısa razılaşmanın arzuolunmaz nəticəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.