BAKI, 3 iyun. TELEQRAF

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzin “X” hesabında bildirilib.

Qeyd edilib ki, Rövşən Muradov İstanbulda qəfil vəfat edib.

Onun Türkiyədə keçirilən mühüm beynəlxalq konfransa görə İstanbulda olduğu qeyd edilib.