BAKI, 3 iyun. TELEQRAF

İranın Hörmüz boğazında yerləşən Keşm adası yaxınlığında partlayış səsləri eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi yerli sakinlərə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış səsləri Keşm adası ətrafında eşidilsə də, hadisənin səbəbi və nəticələri barədə hələlik əlavə məlumat verilməyib.

Rəsmi qurumlar tərəfindən də məsələ ilə bağlı açıqlama verilməyib.