BAKI, 3 iyun. TELEQRAF
Erməni qəsbkarları tərəfindən torpaqlarımlz işğal edilərkön məcburi köçkün düşmüş soydaşlarımız uzun illər Azərbaycan dövlətinin və cəmiyyətinin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Onların sosial və digər problemlərin həlli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse- prezident hörmətli Mehriban Əliyevanın daim diqqəti mərkəzində olmuşdur.
Təkcə bir faktı söyləmək kifayətdir ki, Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004 - 2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanmış, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 11 qanun qəbul edilmişdir.
Torpaqlarımızın işğal altında olduğu dövrdə
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək istifadəyə verilmişdir.
62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində
Təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, Ünvanlı sosial yardım, məşğulluq proqramları,
Tibbi, sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilmişdir.
Məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad olunandan sonra da davam etmişdir.
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə bərpa və geniş quruculuq işlərinə başlanılmışdır.
Azərbbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılmış, yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Prezidentin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənmişdir.
Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasına, dirçəldilməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi inkişafın təmin olunmasına hədəflənmişdir.
Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrasına başlamasından ötən 4 il ərzində bu məqsədlə dövlət büdcəsindın 28 milyard manata yaxın vəsait ayrılmış, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburu köçkunlərin daimi yaşayışı təmin edilmişdir. Hal-hazırda işğaldan Azad edilmiş ərazilərdə 85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işləyir.
8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunmuşdur.
İşğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 3500 km-dən çox olan magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilərək bərpa edilib, o cümlədən 1400 km-dən çox yeni yol salınıb, 3 beynəlxalq hava limanı inşa edilib, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşdırılıb, həmçinin 392 körpü inşa edilib.
Qarabağda və Şərqi Zəngəzurda tikilən hər ev, hər bina 44 günlük Zəfər savaşımızın qələbə simvoludur.
Müasir dünya şəhərsalma modelinin gözəl nümunəsi olan, ağıllı şəhər və ağıllı kənd konsepsiyası əsasında yeniidən qurulan Qarabağ və Şərqi Zəngəzur şəhidlərimizin əziz ruhuna ünvanlanan, tarixi qələbəmizi əbədiyyətə daşıyan monumental bir abidədir!
İşğaldan azad edilmiş bölgəmizdə tikilən hər ev, çəkilən hər yol, salınan hər körpü, həyata keçən hər infrastruktur layihəsi Ali Baş Komandan cənab Prezident İlham Əliyev başda olmaqla, azərbaycan xalqının dinc dövrdə, quruculuq, abadlıq, tərəqqi cəbhəsində növbəti qələbəsi, müharibə meydanında əldə etdiyimiz qələbənin humanitar siyasətdə, sosial həyatda davamıdır.
Son illərdə I Dövlət Proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılmış, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda Və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilmiş, məzunuyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunmuşdur.
Bu istiqamətdə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə AR Mənzil Məcəlləsinə, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” AR' Qanunlarına dəyişikliklər edilməsi nəzərdə tutulur.
Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaranacaq və bu fonda daxil olan yaşayış sahələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaqdır.
Eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliyə əsasən məcburi köçkün statusunun itirilməsi halları da konkretləşəcəkdir. Yeni təklifə əsasən şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcəkdir.
Həmçinin sözügedən Qanuna təklif olunan dəyişikliyə görə şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcəkdir.
Burada qeyd etmək yerinə düşər ki, məcbburi köçkün statusunun aradan qaldırıması heç də onların güzəşt və imtiyazlarının itirlməsi demək deyildir. Bbütün məcburi köçkünlərə daimi yaşayış yerlərində mınzillər təklif edilındın və münasibətlır rəsmləşdirildikdən sonrakı 3 il müddətinində onların bbütün güzəşt və imtiyazları saxlanılacaqdır.
Bundan başqa, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir. Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək, bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaqdır.
Yeni Qanun layihəsi məcburi köçkünlərin illərdir gözlədiyi öz yurduna qayıtmaq və orada mülkiyyət sahibi olmaq arzusunu hüquqi normaya çevirməyə real imkanlar yaradacaqdır. İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma artdıqca orada həyat daha da canlanacaq, bölgənin iqtisadi cəhətdən canlanması və əhalinin sosial inteqrasiyasının güclənməsi sürətlənəcəkdir. Son olaraq bir daha vurğulamaq istəyirəm ki, yeni qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məkunlaşmasına dair qəbul edilən qanunların və qərarların məntiqi davamı kimi əhəmiyyətlidir və Böyük Qayıdış prosesində hüquqi bazanın daha da genişlınməsinə və möhkəmlənməsinə xidmət edəcəkdir.
Musa Quliyev, millət vəkili