BAKI, 3 iyun. TELEQRAF

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmi şəkildə bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Məlumatda tərəflər arasında əməkdaşlığın prioritet istiqamətləri də vurğulanıb: "Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır".