BAKI, 3 iyun. TELEQRAF

Moskva İranın zənginləşdirilmiş uran ehtiyatının Rusiyada atom elektrik stansiyalarında istifadə edilməsini təklif edib.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "SputnikLive"a müsahibəsində bildirib.

"Bu, hər iki tərəfin qazana biləcəyi variantdır. Amma hələlik bu təklifə tələbat yoxdur. Ümid edək ki, danışıqların iştirakçıları bu mövzuya yenidən qayıdacaqlar", - diplomat qeyd edib.