BAKI, 3 iyun. TELEQRAF

Rusiya və Tacikistan arasında hərbi sahədə əməkdaşlıq Mərkəzi Asiya regionunda sabitliyin qorunub saxlanılmasında ən mühüm amildir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bəyan edib.

Onun sözlərinə görə, iki ölkə arasında hərbi və hərbi-texniki tərəfdaşlıq regional təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.