BAKI, 2 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistanın Baş naziri Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib.

Söhbət zamanı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi və regional məsələlər müzakirə olunub.

Ərdoğan vurğulayıb ki, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə başlamaq üçün addımlar atılır.

O həmçinin qeyd edib ki, Türkiyə regionda sülh və sabitlik üçün səy göstərir və bu istiqamətdə atılan addımları həmişə dəstəkləyir.