BAKI, 3 iyun. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) "dərin islahatlara" ehtiyacı olduğuna inanır.

Teleqraf xəbər verir ki, M.Rubio bunu ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin dinləmələri zamanı bildirib.

Ondan Şimali Atlantika Alyansı daxilində bu cür dəyişikliklərin artıq baş verdiyi ilə razılaşıb-razılaşmadığı soruşulub. ABŞ dövlət katibi "razı deyiləm" deyə cavab verib.

O həmçinin vurğulayıb ki, ABŞ-nin NATO müttəfiqlərinin Avropadakı hərbi bazalarına çıxışı məsələsi Türkiyədə keçiriləcək sammitdə əsas müzakirə mövzularından biri olacaq.