BAKI, 3 iyun. TELEQRAF

Ermənistan təkcə kənd təsərrüfatı məhsullarından ildə 700 milyon dollardan çox itirəcək ki, bunun da 96%-dən çoxu Rusiya tərəfindən istehlak olunur.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Rusiya turizminin imkanlarından məhrum olsa, Ermənistanın itkiləri 1,5 milyard dollara çata bilər: "Avropa İttifaqı özünə fayda verən layihələrə az miqdarda vəsait ayıra bilər - məsələn, sözdə "müstəqil media"nın, yəni öz təbliğatının inkişafı üçün 1,5 milyon avro ayırır. Yaxud, məsələn, viza liberallaşdırılmasını dəstəkləmək üçün 2,2 milyon avro. Bu, Rusiyadan gələn turizmin azalmasından yaranan itkiləri kompensasiya etmir və bu itkilər 1,5 milyard dollara qədər çata bilər".