BAKI, 3 iyun. TELEQRAF
İran parlamentinin bir qrup üzvü ölkənin Ali rəhbəri Müctəba Xameneiyə məktub yazaraq, keçmiş lider Əli Xamenei və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin qisasının alınmasını istəyiblər.
Teleqraf xəbər verir ki, iranlı deputatlar raketlərin mənzillərinin ABŞ Prezidenti Donald Trampın ofisinə - Ağ Evə qədər artırılmasına çağırıblar.
Məktubda deyilir: “Raketlərimizin mənzili Əli Xameneinin qatillərinin ofisinə çatana qədər hərbi qüvvələrimizi və müdafiə sənayemizi dəstəkləyəcəyik”.
Deputatlar həmçinin Hörmüz boğazına nəzarətin Tehranda qalmasını, nüvə proqramı üzrə danışıqların ləğvini, müharibədəki zərərlərə görə İrana kompensasiyanın ödənilməsini, ABŞ hərbi qüvvələrinin Yaxın Şərqdən çıxarılmasını, İsrail və Amerikanı təkrar hücum ehtimallarını aradan qaldıracaq şəkildə cəzalandırılmasını tələb ediblər.