BAKI, 2 iyun. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Kubanın ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratdığını iddia edib.

Teleqraf xəbər verir ki, Rubio Nümayəndələr Palatasının Büdcə Komitəsində keçirilən dinləmələrdə Vaşinqton administrasiyasının Kubanı ABŞ üçün təhlükə kimi görüb-görməməsi ilə bağlı suala belə cavab verib:

"Bu, tamamilə doğrudur. Kubanın artıq ABŞ üçün təhlükə yaradan uğursuz bir dövlət olaraq qalmamasını təmin etmək üçün sistemli və ciddi islahatlara ehtiyacı var. Düşünmürəm ki, indiki Kuba hakimiyyəti islahatlar həyata keçirə bilsin."

ABŞ Prezidenti Donald Tramp 5 martda Vaşinqtonun İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı əlavə tədbirlər planı hazırlamağa başlamaq niyyətində olduğunu açıqlayıb. Fevralın 27-də Ağ Evin vəzifəli şəxsi ABŞ-nin Kuba üzərində dostcasına nəzarət qura biləcəyini deyib. "Politico" mayda ABŞ hökumətinin getdikcə Kubaya qarşı hərbi güc tətbiqinə meyl etdiyini yazıb.