BAKI, 2 iyun. TELEQRAF
Tehran və Vaşinqton arasında mesaj mübadiləsi bir neçə gündür ki, kəsilib.
Teleqraf xəbər verir ki, bu barədə İranın yarı-rəsmi "Fars" xəbər agentliyi məlumat yayıb.
ABŞ Prezident Trampın İranla danışıqların davam etdiyinə dair açıqlamalara baxmayaraq, mənbə danışıqların bir neçə gündür dayandırıldığını bildirib və əlavə edib ki, İranın ABŞ-yə son mesajı İsrailin Livana hücumlarını davam etdirməsi ilə bağlı olub.
Parlament sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla, İran rəsmiləri dünən Livanda hücumların dayandırılmasının İranla ABŞ arasında müvəqqəti atəşkəsin bir hissəsi olduğunu bildiriblər və İranın da qarşılıqlı şəkildə buna nail olacağını bildiriblər.
İranın yarı-rəsmi "Tasnim" agentliyi bildirib ki, İran İsrailin Livana davam edən hücumları səbəbindən ABŞ ilə dolayı əlaqəsini dayandırıb. Tehran danışıqların bərpası üçün İsrailin Livana hücumlarına son qoyması və işğal olunmuş ərazilərdən geri çəkilməsi şərtlərini iərli sürüb.