BAKI, 2 iyun. TELEQRAF
Azərbaycan millisinin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hər iki qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
5 iyun
22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa
Dördüncü hakim: Tamaş Boqnar
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu
9 iyun
22:00. Azərbaycan – San Marino
Baş hakim: Marton Ruş
Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai
Dördüncü hakim: Bençe Çsonka
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu