BAKI, 2 iyun. TELEQRAF
Gürcüstan parlamentinin nümayəndə heyəti ilk dəfə Kanadada rəsmi səfərdədir.
Teleqraf Gürcüstan mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Kanadanın qanunverici və icraedici hakimiyyət nümayəndələri ilə yüksəksəviyyəli danışıqlar aparılır.
Gürcüstan nümayəndə heyətinin səfəri Ottava və Toronto şəhərlərini əhatə edir.
"Kanada-Gürcüstan" dostluq qrupu ilə keçirilən görüşdə Kanada tərəfi Gürcüstanın Cənubi Qafqazdakı mühüm rolunu təsdiqləyib.
Eyni zamanda, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub və parlamentlərarası dialoqun daha da inkişafına kömək etməyə hazır olduqları bildirilib.