BAKI, 2 iyun. TELEQRAF

Hörmüz boğazının açılması müqabilində ABŞ-nin İrana qarşı sanksiyalarının ləğvi və ya yumşaldılması müzakirə olunmur.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının açılması qarşılığında sanksiyalarının ləğvi təklifi belə yoxdur.

Rubio qeyd edib ki, o, ABŞ və İran arasında razılaşmanın imzalanmasına zəmanət verə bilməz, lakin onun yekunlaşdırılması üçün perspektivlər görür.