MİNGƏÇEVİR, 2 iyun. TELEQRAF

Mingəçevirdə avtomobil ana və iki övladını vurub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində olub.

İbrahim Şükürlünün idarə etdiyi BMV markalı avtomobil yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Nəsirova Türkan Qüdrət qızı və onun övladları - 2024-cü il təvəllüdlü Nəsirov Onur Ülfət oğlunu və 2021-ci il təvəllüdlü Nəsirov Uğur Ülfət oğlunu vurub.

Onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.