BAKI, 2 iyun. TELEQRAF
Kanadanın xarici işlər naziri Anita Anand və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Anita Anand "X" platformasında məlumat yayıb.
"Bu səhər mən Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ilə Kanada-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi və ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım", - deyə Anita Anand yazıb.
Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı prosesləri və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.