BAKI, 2 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu üzrə yekun razılığın gələn həftə əldə oluna biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri "ABC News" telekanalına müsahibəsində deyib.
Donald Tramp sənədin nə vaxt razılaşdırılacağı ilə bağlı suala cavabında "Düşünürəm ki, söhbət gələn həftədən gedir" deyə bildirib.
ABŞ Prezidenti eyni zamanda qeyd edib ki, memorandumun əvvəlki variantını təsdiqləməyib. Onun sözlərinə görə, sənədə əlavə olunmasını istədiyi bir neçə mühüm bənd hələ də razılaşdırılmayıb.
Tramp bildirib ki, həmin dəyişikliklər edildikdən sonra tərəflər yekun razılığa daha da yaxınlaşa bilərlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ və İran arasında mümkün memorandum layihəsi ilə bağlı danışıqlar aparıldığı, sənəddə atəşkəs rejiminin uzadılması və Hörmüz boğazında gəmiçiliyin bərpası kimi məsələlərin yer aldığı barədə məlumatlar yayılmışdı.