BAKI, 2 iyun. TELEQRAF

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində yaşanan problemləri doğru hesab etmədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, CHP-də baş verən hadisələrin ölkə demokratiyasına zərər vurduğunu qeyd edib.

"Parçalanmış bir CHP imici formalaşdırılmasına və hətta bunun qanuniləşdirilməsinə çalışıldığının şahidi oluruq", - Baxçalı deyib.

MHP lideri məsələnin həssaslığını önə çəkərək, aidiyyəti qurumları müvafiq addımlar atmağa çağırıb: "Ali Məhkəmə mövzunun həssaslığını nəzərə alaraq, ən qısa müddətdə etirazla bağlı qərarını verməlidir".