BAKI, 2 iyun. TELEQRAF
Serbiya Rusiya ilə vizasız rejimi ləğv etməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Vuçiç "Prva" televiziya kanalında Rusiya ilə vizasız rejimin ləğvi məsələsinə münasibət bildirərək deyib ki, belə bir qərar qəbul edilməyəcək. Kimsə qərar versə belə, dərhal ləğv ediləcək.
Qeyd edək ki, iyunun 1-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Serbiyanın Rusiya ilə vizasız rejimin mümkün ləğvi ilə bağlı xəbərləri şərh edərkən qeyd edib ki, bu cür qərarlar "adətən simmetrikdir".
Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenko Rusiya ilə vizasız rejimin Serbiyaya bütün sahələrdə böyük fayda gətirdiyini bildirib.