BAKI, 2 iyun. TELEQRAF
Amerika iqtisadiyyatı Rusiyanın neft sektoruna qarşı sanksiyaların dayandırılmasını tələb etmir.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, sanksiyaların müvəqqəti dayandırılması qlobal neftə çıxışı təmin etməyə xidmət edir: "ABŞ qtisadiyyatının buna ehtiyacı yoxdur, amma dünyanın digər iqtisadiyyatları bundan faydalanır. Üzləşdiyimiz çətinliklərdən biri zəncirvari reaksiya potensialıdır. Müəyyən bir məqamda strateji ehtiyatdan nefti azad edə və ya qlobal bazarlardakı vəziyyəti yüngülləşdirmək üçün digər tədbirlər görə bilərik. Bu mərhələdəki qlobal enerji böhranı ABŞ-ın qlobal enerji bazarlarında rolunun artmasına səbəb olub”.
Mayın 18-də ABŞ Maliyyə Nazirliyi Rusiyadan tankerlərə yüklənmiş xam neft və neft məhsullarının satışına və daşınmasına icazə verən ümumi lisenziyanın müddətini 17 iyun tarixinə qədər uzadıb. ABŞ maliyyə naziri Skott Bessent əvvəllər ABŞ administrasiyasının ən həssas ölkələrin enerjiyə çıxışını təmin etmək üçün Rusiyadan yüklənmiş xam neftin daşınmasına tətbiq edilən sanksiyaları 30 gün müddətinə ləğv etdiyini açıqlayıb.