BAKI, 2 iyun. TELEQRAF
Rusiyanın Ukraynanın Dnepr şəhərinə endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub, daha 33 sakin isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, dünyasını dəyişənlərdən biri fəlakət zonasında çalışan xilasedicidir.