BAKI, 2 iyun. TELEQRAF
28 fevralda ABŞ-İsrail hücumu nəticəsində öldürülən İranın keçmiş dini lideri Əli Xameneinin dəfn mərasimi keçiriləvək. Vida mərasimi Tehran, Qum və Məşhəddə təşkil olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim”ə Tehran meri müavini Məhəmmədəmin Tökülizadə bildirib.
Onun sözlərinə görə, ölkə üzrə müxtəlif qurumların və bələdiyyələrin iştirakı ilə cənazənin yola salınması, dəfn yürüşü və torpağa tapşırılması üçün geniş hazırlıqlar yekunlaşmaq üzrədir.
Məhəmmədəmin Tökülizadə bildirib ki, Tehranda cənazənin yola salınması üçün 3 günlük vida mərasimi və ən azı 24 saat davam edəcək dəfn yürüşü planlaşdırılıb. Hazırda mərasimin keçiriləcəyi yer dəqiqləşdirilir.
İranın keçmiş lideri Xamenei ABŞ-İsrail hücumu nəticəsində 28 fevralda Tehranın Fələstin küçəsindəki evində həyat yoldaşı, gəlini və 14 aylıq nəvəsi ilə birlikdə öldürülüb.