BAKI, 2 iyun. TELEQRAF
Mərkəzi Bank “Paysis” MMC-nin lisenziyasını ləğv edib.
Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən “Paysis” Məhdud Məsuliyyətli Cəmiyyətinə 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli lisenziyası ləğv edilib.
Qeyd edək ki, MMC elektron pul təşkilatı fəaliyyətini həyata keçirirdir.