BAKI, 1 iyun. TELEQRAF
MDB üzv dövlətlərinin nümayəndə heyətləri Minskdə keçirilən xarici işlər nazirlikləri arasında məsləhətləşmələrdə silahlara nəzarət, tərksilah və yayılmama məsələlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, 1 iyun tarixində Minskdə MDB üzv dövlətlərinin xarici işlər nazirlikləri arasında "Silahlara Nəzarət, Silahsızlanma və Yayılmama (ACDNP)" mövzusunda məsləhətləşmələr keçirilib. Tədbirdə Azərbaycanın (müşahidəçi qismində), Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Rusiyanın, Tacikistanın, Özbəkistanın və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Tərəflər Nüvə Silahlarının Yayılmaması Müqaviləsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.
"Tərəflər müvafiq çoxtərəfli forumlarda (o cümlədən BMT Baş Assambleyasının Birinci Komitəsi, Silahsızlanma üzrə Konfrans və BMT-nin Silahsızlanma Komissiyası) əməkdaşlıq məsələlərini, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin icmal dövrünün nəticələrini, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatındakı vəziyyəti, Bioloji və Toksin Silahları Konvensiyasının gücləndirilməsi perspektivlərini, ənənəvi silahlara nəzarət və etimad və təhlükəsizlik quruculuğu məsələlərini, eləcə də süni intellekt texnologiyalarının hərbi istifadəsinin müəyyən aspektlərini müzakirə ediblər", - deyə Rusiya XİN-nin məlumatında bildirilir.
Diplomatik missiya əlavə edib ki, müzakirələr konstruktiv və cəlbedici atmosferdə keçib.