BAKI, 27 may. TELEQRAF

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində 140 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, mayın 26-sı Bakı vaxtı ilə saat 21:00-dan mayın 27-si saat 08:00-dək hava hücumundan müdafiə qüvvələri Belqorod, Volqoqrad, Voronej, Kursk, Orel və Tula vilayətləri, Krasnodar diyarı, Krım Respublikası, eləcə də Azov və Qara dənizlərin suları üzərində Ukraynaya məxsus 140 təyyarə tipli pilotsuz uçuş aparatını aşkar edərək məhv edib.