BAKI, 19 may. TELEQRAF

"18 mayda Körfəz ölkələrinin xahişi ilə İrana planlaşdırılan hücumları son saatda təxirə salmaq qərarına gəldim".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

Tramp "Hücumların başlamasına nə qədər vaxt qalmışdı?" sualına "Cəmi bir saat qalmışdı. Hər şey hazır idi. Dünəndən danışıram. Hər şey hazır idi" deyə cavab verdi.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) və Qətər liderlərinin onunla əlaqə saxladığını, İranla razılığa gəlməyə çox yaxın olduqlarını və buna görə də hücumları bir müddət təxirə salmasını istədiklərini bildirib.

"Dünən regiondan zənglər aldım, dedilər ki, cənab, razılığa çox yaxınıq, bir neçə gün gözləyə bilərikmi? Mən də "yaxşı" dedim. İrana iki-üç gün vaxt vermişəm. Bu müddətin həftənin əvvəlinə qədər uzadıla bilər. İranla razılığa gəlmək üçün vaxtımız çox azdır" - Tramp qeyd edib.

Tramp əlavə edib ki, əgər razılaşma olmasa, hücumlar davam edə bilər: "Biz onlara daha sərt bir hücum edəcəyik. İran ABŞ ilə razılaşma əldə etmək üçün yalvarır".