BAKI, 19 may. TELEQRAF
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç Estoniyada vurulan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu etiraf edib.
Teleqraf xəbər verir ki, o, bu açıqlamanı NATO Müdafiə Rəislərinin iclasından sonra keçirilən mətbuat konfransında verib.
“Əgər biz Ukrayna dronlarının hava məkanımızdan keçməsinə icazə versəydik, onları vurmazdıq”, - deyə o bildirib.
Qrinkeviç əlavə edib ki, NATO-nun Baltik Hava Polisi missiyasının bir hissəsi olaraq Litvada yerləşən F-16 qırıcı təyyarəsi tərəfindən Ukrayna dronunun ələ keçirilməsindən qürur duyur.
O, Ukrayna pilotsuz təyyarəsinin NATO hava məkanında görünməsi ilə bağlı şərh vermədən "Hər şey lazım olduğu kimi işlədi" deyə bildirib.