Polşa ordusu Ukrayna ilə sərhəddə dronlardan istifadə edərək hava hücumundan müdafiə təlimləri keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı məlumat verib.
"Hazırda Polşanın şərqində planlaşdırılan hava hücumundan müdafiə təlimləri keçirilir. Bu təlimlər bu il mayın 20-si, çərşənbə gününə qədər davam edəcək" - məlumatda qeyd olunur.
Mayın 19-da Ukrayna ilə sərhədə yaxın Hrubieszov şəhərinin sakinləri Polsat televiziyasına bildiriblər ki, səmada qırıcı təyyarələr, helikopterlər və bir neçə dron görüblər və atəş səsləri eşidiblər.