BAKI, 14 may. TELEQRAF
Fransa Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Teleqraf xəbər verir ki, ilkin mənbəyə istinadən bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, prokurorluq Sarkozinin seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə ona qarşı ittihamların təsdiqlənməsini istəyib.
İttihama əsasən, keçmiş prezident üçün 7 il həbs cəzası ilə yanaşı, 300 min avro məbləğində cərimə və 5 il müddətinə seçkili vəzifə tutmaq qadağası tələb olunub.
Qeyd edək ki, daha əvvəl Nikola Sarkozi 2012-ci il prezident seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə şərti azadlığa buraxılmışdı.