BEYLƏQAN, 13 may. TELEQRAF
Beyləqan Rayon Mərkəzi Xəstəxanasında kadr dəyişikliyi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, xəstəxananın direktoru Muradov Bayram Cəbrayıl oğlu və İnzibati işlər üzrə direktor müavini Mahmudov Elnur Nazim oğlu vəzifələrindən ayrılıblar.
Məlumata görə, dəyişiklik yeni təyin olunmuş icraçı direktorun qərarı əsasında həyata keçirilib.
Hazırda xəstəxanada yeni idarəetmə strukturu üzrə dəyişikliklərin davam etdiyi qeyd olunur.