BAKI, 11 may. TELEQRAF
Avropa Birliyinin (AB) Suriyanın daxili işlər və müdafiə nazirlərinə qarşı sanksiyaların ləğv edilməsi barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə qurumun Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib.
Aİ xarici işlər nazirlərinin Aİ-Suriya Əməkdaşlıq Sazişini tam bərpa etmək qərarına gəldiyini xatırladan Kallas bunun ikitərəfli münasibətlərdə normallaşmanın vacib göstəricisi olduğunu deyib: "Biz həmçinin Suriyanın daxili işlər və müdafiə nazirlərinə qarşı sanksiyaları ləğv etmək qərarına gəldik".
Kallas həmçinin Aİ-Suriya Yüksək Səviyyəli Siyasi Dialoq Görüşünün keçiriləcəyini qeyd edib.