BAKI, 5 may. TELEQRAF

İraq regionda vəziyyətin gərginləşməsi fonunda Hörmüz boğazından xam neft daşımaq istəyən alıcılar üçün neft qiymətlərini kəskin şəkildə endirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Mənbənin məlumatına görə, İraqın Dövlət Neft Marketinq Şirkəti (SOMO) may ayı üçün Basrah Medium xam neftinin rəsmi qiymətindən 33,4 dollara qədər endirim təklif edib. Alıcılar xam neftin Hörmüz boğazından daşınmasını təşkil etməlidirlər.

Təklif olunan endirimlər Bağdadın qlobal neft bazarında davam edən risklər və məhdudiyyətlər fonunda ixracı stimullaşdırmaq istəyini əks etdirir.

Agentlik qeyd edir ki, İraq əvvəllər anbarların dolub daşması və İran üzərindəki münaqişənin yaratdığı Hörmüz boğazından ixracla bağlı problemlər səbəbindən neft hasilatını azaltmışdı. Bəzi təchizatlar Türkiyə ərazisindən keçən boru kəməri ilə daşınmağa davam etsə də, onların həcmi dəniz daşımalarından xeyli aşağı olaraq qalır.