BAKI, 5 may. TELEQRAF
Moskvada mobil internetin fəaliyyəti bərpa olunub.
Teleqraf Rusiya Rəqəmsal İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, təhlükəsizlik mülahizələri ilə əlaqədar tətbiq olunan müvəqqəti məhdudiyyətlər başa çatıb.
Hazırda rabitə operatorları internet resurslarına çıxışı təmin edirlər.
Qurumdan o da əlavə edilib ki, təhlükəsizlik səbəbindən təkrar məhdudiyyətlər tətbiq ediləcəyi halda, operatorlar abonentləri əvvəlcədən xəbərdar edəcəklər.