BAKI, 5 may. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini “hiyləgər” adlandırıb.

Teleqraf xəbər verir ki, Tramp bu fikirləri “Salem News”a müsahibəsində səsləndirib.

“O, hiyləgərdir, biz isə nizamlanmaya nail olmaq istəyirik”, - deyə Ağ Ev rəhbəri qeyd edib.

ABŞ prezidenti eyni zamanda Ukraynanın ərazilər itirməyə davam etdiyini də etiraf edib.