BAKI, 5 may. TELEQRAF

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran tərəfindən həyata keçirildiyi iddia edilən hücumlardan sonra bütün ali təhsil müəssisələrinin üç gün ərzində distant fəaliyyət göstərməsinə qərar verib.

Teleqraf xəbər verir ki, ölkədəki bütün ali təhsil müəssisələrində təhsil 2026-cı il mayın 5-dən 8-dək müvəqqəti olaraq distant şəkildə aparılacaq.