BAKI, 5 may. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı tətbiq edilən dəniz blokadasından sonra 50 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə komandanlığın “X” sosial şəbəkəsində yayılan məlumatında bildirilib.
“Bu günə qədər 50 kommersiya gəmisi ABŞ Silahlı Qüvvələri tərəfindən yönləndirilib”, - deyə açıqlamada qeyd olunub.
Məlumata görə, ABŞ hərbçiləri aprelin 13-dən etibarən İrana qarşı dəniz blokadası tətbiq etməyə başlayıb. CENTCOM bildirib ki, məqsəd İran limanlarına yönələn və ya ölkə sahillərini tərk etməyə çalışan bütün gəmilərin hərəkətini məhdudlaşdırmaqdır.