BAKI, 5 may. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, Fidan və Əl Sani telefon danışığı zamanı bölgədəki vəziyyəti və ABŞ ilə İran arasında danışıqlarla bağlı irəliləyişləri müzakirə ediblər.