BAKI, 5 may. TELEQRAF
Pakistanın Baş naziri Şahbaz Şərif Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirilən hücumları pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə Şahbaz Şərif "X" sosial şəbəkəsindəki hesabında yazıb.
O, ötən gecə BƏƏ-nin mülki infrastrukturuna qarşı raket və pilotsuz uçuş aparatları (PUA) ilə edilən zərbələri qınadığını bildirib:
"Regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün ABŞ və İran arasında atəşkəsə riayət olunması, habelə dialoq üçün diplomatik imkanların yaradılması zəruridir".
Şahbaz Şərif BƏƏ xalqı və hökuməti ilə həmrəy olduğunu ifadə edib.
Qeyd edək ki, mayın 4-də BƏƏ-yə raket və PUA-larla hücumlar olub.