BAKI, 5 may. TELEQRAF
Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması və maddi-texniki bazanın gücləndirilməsi üçün 7,3 milyon manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi müsabiqə elan edib.
Müsabiqənin qalibi olacaq şirkətə 7 milyon 299 min 881,39 manat ödəniş ediləcək.
Tenderlə bağlı təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 8-nə təyin olunub.
Qeyd edək ki, Qarabağ Universiteti 2023-cü ildə yaradılıb, Xankəndi şəhərində yerləşir.