BAKI, 5 may. TELEQRAF

Dünya üzrə hasil edilən neft ehtiyatları son səkkiz ilin ən aşağı səviyyəsinə yaxınlaşır.

Teleqraf xəbər verir ki, bu barədə dünyanın aparıcı investisiya banklarından biri olan “Goldman Sachs” məlumat yayıb.

Bankın qiymətləndirməsinə görə, hazırda qlobal neft ehtiyatları cəmi 101 günlük istehlakı qarşılamağa kifayət edir. Bildirilir ki, bu göstərici mayın sonunadək 98 günə qədər azala bilər:

Bankdan bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qədər dünya üzrə neft emalı məhsullarının kommersiya ehtiyatları 50 günlük istehlaka bərabər olduğu halda, hazırda bu göstərici 45 günə düşüb. neft məhsullarının asan əlçatan bufer ehtiyatları da sürətlə çox aşağı səviyyəyə yaxınlaşır.

Qeyd edək ki, Hörmüz boğazı vasitəsilə tədarükün hələ də məhdud qalması vəziyyətə əlavə təzyiq göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.