BAKI, 5 may. TELEQRAF

Yaxın Şərqdəki münaqişə səbəbindən Avropa İttifaqının neft və qaz idxalı ilə bağlı xərcləri 30 milyard avrodan çox artıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji üzrə komissarı Dan Yorgensen Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişə başlayandan bəri Avropa İttifaqının qalıq yanacağın alınmasına çəkdiyi xərcləri 30 milyard avrodan artıq yüksəlib. Komissar vurğulayıb ki, Avropa Komissiyası enerji sektorunun alternativ mənbələrə keçidinin sürətləndirilməsində israrlıdır.