BAKI, 5 may. TELEQRAF
Misirin milli aviadaşıyıcısı "EgyptAir" Birləşmiş Ərəb Əmirliklərinə uçuşları dayandırıb.
Teleqraf xəbər verir ki, qərar BƏƏ ərazisinə edilən son raket və pilotsuz uçuş aparatı hücumlarından sonra qəbul olunub.
Şirkətin yaydığı açıqlamada bildirilir ki, regionda baş verən son hadisələr və BƏƏ rəhbərliyindən daxil olan məlumatlar fonunda Dubay, Şarca və Əbu-Dabi hava limanlarına uçuşlar dayandırılır. Qərar dərhal qüvvəyə minir və növbəti bildirişədək qüvvədə qalacaq.
Qeyd edək ki, mayın 4-də BƏƏ raket zərbələri və PUA hücumlarına məruz qalıb. Nəticədə Əl-Fuceyra əmirliyində yerləşən neft emalı kompleksində güclü yanğın baş verib.
Əbu-Dabi hücumlara görə məsuliyyəti İranın üzərinə qoyub və cavab tədbirləri görəcəyini bəyan edib. Tehran isə insidentdə iştirakını inkar edir.