BAKI, 5 may. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərin və müdafiə nazirinin aprel ayı üzrə yekun hesabatlarını qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram" kanalında məlumat paylaşıb.
Ukrayna lideri aprel ayında rus ordusunun ağır itkilər verdiyini açıqlayıb:
"Belə ki, ötən ay ərzində düşmənin 35 mindən çox hərbçisi məhv edilib və ya ağır yaralanıb".
Prezident hər bir itki faktının dəqiq təsdiqləndiyini və Ukrayna Müdafiə Qüvvələrinin mövqelərini sabit saxladığını vurğulayıb.