BAKI, 22 aprel. TELEQRAF
Prezidenti İlham Əliyevin sosial media hesablarında latviyalı həmkarı Edqars Rinkeviçsin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib.
Teleqraf xəbər verir ki, Azərbaycan Prezidentinin "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirilib:
"Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq".
Mr. President, welcome to Azerbaijan. The Declaration on Strategic Partnership signed nine years ago elevated Azerbaijan–Latvia relations to the high level. I am confident that your first official visit to our country as President will further strengthen our friendly ties and… https://t.co/Zllt3VNOib
— Ilham Aliyev (@presidentaz) April 22, 2026